BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qanuni oğru“ Azərbaycan diasporunun nümayəndəsinə 6 kq qızıl “atıb“

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndəsinə qarşı 50 milyon rubl (təxminən  1 milyon 200 min manat ) dəyərində dələduzluq baş verib.

 

Pravda.az-ın məlumatına görə, azərbaycanlı, “Qiya Sverdlovski” ləqəbli qanuni oğru Georgi Akoyevlə əlaqəyə girərək, onda olan 6 kq qızılı satmaq niyyətində olduğunu bildirib.

 

Məlumata görə, “Sverdlovski”nin adamları ilə görüşən həmyerlimiz qızılı onlara təhvil versə də, əvəzində  ümumiyyətlə pulsuz qalıb.

 

Yerli KİV-in yazdığına görə, azərbaycanlı indi polisə də şikayət edə bilmir. Əvəzində başqa “qanuni oğru”larla əlaqəyə girərək onlardan kömək istəyir.

 

lent.az

Tarix: 4 Avqust 2021, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin