BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yol düşdü

Yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün təyyarə Ankaradan Çinə yol düşüb.

 

Pravda.az-ın xəbərinə görə, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb.

 

Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb. 

 

Təyyarə Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

 

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 47 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.APA

Tarix: 31 Yanvar 2020, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin