BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Mizəyev: "Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"

"Türkiyə bizə qardaş ölkədir. Biz yanğınların söndürülməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qısa bir müddətdə Türkiyədəki yanğınları lokallaşdırıb söndürəcəyik"

 

Pravda.az-ın məlumatına görə, bu sözləri Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir müavini qeyd edib ki, artıq 4 gündür FHN əməkdaşları və texnikaları yol gəlir: "Hər bir bölgədə bizim əməkdaşları qardaş kimi qarşılayırlar. Bizə hər zaman can deyən Türkiyəyə demək istəyirik ki, Can Azərbaycan onların yanındadır. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı və dostluğu".

Tarix: 4 Avqust 2021, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin