BURADA REKLAMINIZ OLA
BİLƏR

Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın

Ankarada dəmiryol stansiyası yaxınlığında yanğın baş verib.

Pravda.az xəbər verir ki, bu haqda məlumatı Ankara şəhərinin valisi Vasip Şahin açıqlayıb. Məlumata əsasən, yanğın Ankaranın yüksək sürət qatarları stansiyasının binasının yaxınlığında aparılan inşaat işləri zamanı yaranıb. 

Onun sözlərinə görə, yanğınsöndürənlərin cəld müdaxiləsi nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

Həmçinin qeyd olunur ki, dumanın təsirinə məruz qalan 2 inşaat işçisinə hadisə yerinə gələn təcili yardım maşınlarında yardım göstərilib.

Tarix: 4 Avqust 2021, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin