BURADA REKLAMINIZ OLA
BİLƏR

Vakant müəllim yerlərinin sayı açıqlandı

“Son 3 ildə 27 min 197 nəfər müəllim müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub”. 

Pravda.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib. 

O qeyd edib ki, bu il ölkə üzrə ilkin vakant yerlərin sayı 7,718 nəfər təşkil edir. Bu rəqəmin təxminən 9 min vahidə qədər artması gözlənilir. 

“Hər il təxminən 3 min vakant yer təkrarlanır. Ya bu yerlərə müəllimlər müqavilə ilə götürülür və ya ucqar yerlərdə olduğu üçün müəllimlər o yerləri seçmirlər. 

Nazir həmçinin qeyd edib ki, builki müsabiqədə Sumqayıt , Bakı və Abşeronda 1055 vakant yer ayrılıb”. 

Tarix: 4 Avqust 2021, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin