BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə daxil olub

Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə CNN-Türk məlumat yayıb.

 

Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.

 

Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.

 

Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in gündəlik yanacaq tələbatı 21 600 tondur.

Tarix: 4 Avqust 2021, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin