BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup avqustun 5-də Türkiyəyə yola düşəcək - FHN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

 

FHN-dən verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Tarix: 5 Avqust 2021, 01:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin