BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yanğın

Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 m² olan mənzilin mətbəxində 3 p.m mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

 

Yüksək temperaturdan lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 5 Avqust 2021, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin