BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq baş nazir vəfat etdi

Ukraynanın keçmiş Baş naziri Yevgeni Marçuk avqustun 5-də 80 yaşında vəfat edib.

 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Larisa İvşina feysbuk səhifəsində yazıb.

 

“Qara gündür. Yevgeni Kirilloviç öldü, ürəyi dayandı”, - o bildirib.

 

Qeyd edək ki, Yevgeni Kirilloviç Marçuk 1941-ci il yanvarın 28-də Ukraynın Odessa vilayətinin Dolinovka kəndində anadan olub. SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. O, Ukrayna Təhlükəsizlik Xidmətinin birinci direktoru olub. Y.Marçuk 1995-1996-cı illərdə Ukraynanın Baş naziri işləyib. Müxtəlif illərdə o, Milli Təhlükəsizlik Xidmətində çalışıb, müdafiə naziri olub.

 

Report

Tarix: 5 Avqust 2021, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin