BURADA REKLAMINIZ OLA
BİLƏR

“Həmin şəxsi tikə-tikə doğrasalar da, qadının doğmalarını heç vaxt günahlandırmaram”

 

“Özünə güvənən, hörmət edən kişi qadını təhqir etməz, onu aşağılamaz. Qadına əl qaldıran kişi isə qorxaq, ləyaqət və şərəfin nə olduğunu bilməyəndir. Qadınların da həmişə düz olduğunu demirəm, onlar da günahkar ola bilərlər. Ancaq heç bir günah qadına əl qaldırmağa əsas vermir. Belə bir hal varsa boşanmaqla bərabər yüzlərlə çıxış yolları var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

A.İsmayılov xatırladıb ki, 1996-cı ildən bütün səviyyələrdə ölüm hökmünün ləğvini təbliğ edib: “Ancaq Xətai rayonunda baş vermiş hadisəyə görə həmin şəxsi tikə-tikə doğrasalar da, hüquqşünas olmağıma baxmayaraq, qadının doğmalarını heç vaxt günahlandırmaram. Son dövrlər qadınlara qarşı təkrarlanan zorakılıq hadisələri çox pis ənənədən xəbər verir. Ona görə də baş vermiş qətl hadisəsinin səbəb və nəticələri Baş Prokurorluq tərəfindən geniş araşdırılmalı və cəmiyyətə hesabat verilməlidir”.

Tarix: 5 Avqust 2021, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin