BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Nazir Ayaz Mirzəyevi işdən çıxardı

Ayaz Mirzəyev Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

 

Pravda.az xəbər verir ki, A.Mirzəyev bu barədə özü məlumat yayıb.

 

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidmətinin rəhbəri olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm" – A.Mirzəyev bildirib.

 

Fotoları təqdim edirik
Tarix: 19 Noyabr 2019, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin