BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc qızları seksual filmlərə çəkdirən aktrisa həbs edildi

Məşhur aktrisa gənc qızları seksual xarakterli filmlərə çəkilməyə məcbur etdiyi üçün həbs edilib.

 

Hindistanlı film ulduzu Nandita Dutta həbs edilib.

 

Məşhur film ulduzunun gənc qızlara Bollivud vədi verərək onları seksual xarakterli filmlərə çəkilməyə məcbur etdiyi iddia edilir. Qərbi Benqal əyalətinin Kolkata şəhərində iki gənc qadının polisə müraciətilə məsələ araşdırılıb.

 

Adları açıqlanmayan şəxslərdən biri Ballygune bölgəsində bir studiyada, digəri isə New-Town bölgəsində bir oteldə eyni şəxslər tərəfindən filmə çəkilməyə məcbur edildiklərini iddia ediblər.

 

Faktla bağlı polislər araşdırmaları davam etdirir.

 

Azxeber

Tarix: 5 Avqust 2021, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin