BURADA REKLAMINIZ OLA
BİLƏR

“Emmanuel Makronla İlham Əliyevin telefon danışığı Azərbaycan-Fransa münasibətlərinə müsbət təsir göstərəcək” - RƏY

“Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı, ümid edirəm ki, Azərbaycan-Fransa münasibətlərinə müsbət təsir göstərəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

 

 

Deputat bildirib ki, Azərbaycan əksər dövlətlərlə olduğu kimi, Fransa ilə də sağlam əməkdaşlığa maraqlıdır, münasibətləri genişləndirməyə çalışır: “Yəni, mehriban əlaqələr qurmaq istəyir. Lakin bu dövr ərzində Fransa Prezidenti Emmanuel Makron və onun ətrafında olan müəyyən qüvvələr Azərbaycan barədə qərəzli mövqe nümayiş etdirdilər və haqsız bəyanatlar yaydılar. İndi də belə bəyanatları səsləndirməyə davam edirlər. Bu vəziyyət Azərbaycan tərəfindən təəssüflə qarşılanır. Biz hər zaman Fransa dövləti və xalqı ilə münasibətlərimizin inkişaf etməsinə çalışmışıq. Çünki Azərbaycan-Fransa münasibətlərinin tarixi qədimdir. Prezident İlham Əliyevlə Emmanuel Makron arasında bu gün baş tutan telefon danışığında da ikitərəfli əlaqələr müzakirə edilib. Lakin Vətən müharibəsi dövründə Fransanın ermənilərdən çox ermənilik etdiyini də unutmaq olmaz. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qərəzsiz qalmaq əvəzinə, ermənilərin lehinə həm də haqsız yerə çıxış edib. Azərbaycan Vətən müharibəsi aparıb, öz torpaqlarını azad edib. Belə olan halda, haqqın tərəfində olmaq lazımdır, işğalçının yox. İndi isə Azərbaycan-Ermənistan sərhədində davam edən gərginlikdə bir sıra dövlətlər maraqlıdırlar. Azərbaycan isə təxribatlara qarşıdır və sülh istəyir. Dövlət sərhədininin bərpası istiqamətində aparılan işlər Ermənistana və onları dəstəkləyən dövlətlərə sərf etmir. Elə Fransa Prezidenti də bunu qəbul edə bilmir. Azərbaycan haqlıdır və işğalçı Ermənistandır".

 

Qeyd: Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

Nəzrin Cavid

Tarix: 5 Avqust 2021, 19:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin