BURADA REKLAMINIZ OLA
BİLƏR

13 yaşlı qız özünü dördüncü mərtəbədən atdı

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

 

Pravda.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, 2008-ci il təvəllüdlü A.V. özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

 

Yaralı ağır vəziyyətdə təcili yardımın köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

 

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Report

Tarix: 6 Avqust 2021, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin