“Tunisdə 10 illik demokratiya eksperimenti hələlik məğlub oldu. Keçən həftədən prezident parlamenti və hökuməti buraxaraq vəziyyətə ordu və hüquq-mühafizə orqanları vasitəsilə nəzarət edir. Ərəb baharının yeganə dinc və uğurlu nümunəsi sayılan inqilab demokratik bir sistem yaratsa da, Ben Alinin 23 illik hakimiyyəti ilə müqayisədə xalqa heç nə vermədi”.
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, orada söz, mətbuat və toplaşma azadlığı verilib: “Amma xalqın deməyə qiymətli fikri vardımı? Real qiymətə malik olan fikrin çatışmazlığını yaşayan bir xalq sərbəst toplaşaraq iqtisadiyyatı qaldırmaq qabiliyyətində idimi? Baxaq. Ben Ali hakimiyyətə 1987-ci ildə gəlmişdi. 23 illik rəhbərliyi dövründə ölkədə adambaşına gəlir 3 dəfə artmışdı. Amma dövlət, xüsusilə də hüquq-mühafizə orqanları sosial gərginliyi cəmiyyətin içində o qədər sıxmışdı ki, bir xırda ticarətçini polis incidəndə və o, özünü yandırıb öldürəndə, yüz minlərlə insan küçə etirazına axışıb Ben Alini devirdi. Demokratiya dövrü başlandı. Mətbuat azadlığı, söz azadlığı, düzgün seçki, fəal vətəndaş cəmiyyəti və s. Amma cəmi 10 il keçdi və indi adambaşına gəlir Ben Alinin vaxtındakından aşağı düşüb. Azadlıqlar Tunis xalqını daha yoxsul etdi. Çünki azadlıqlara ağıllı sərəncam verilmədi. Dəfələrlə demişəm ki, XX əsrin xalqçılığından bizə kütləvi bir illüziya miras qalıb. Guya istənilən toplumun sadəlik qatlarında istənilən tarixi anda xüsusi bir müdriklik varmış və guya o müdrikliyin yolunu açsan, hamı daha yaxşı yaşayacaq. Başqa sözlə, kütləyə “xalq dilində” “dərddanışan” el oğul-qızları demokratik seçki nəticəsində səs qazanan kimi hər şey düzələcəkmiş. Gerçəklikdə isə, demokratik keçid cəmiyyətin qabaqcıl və güc sahibi olan hissəsində yetərincə hazırlanmayanda ictimai mexanizmlər haqqında dərin təsəvvürü olmayan tiplərin qısamüddətli hakimiyyəti yaranır və o, tezliklə iflasa uğrayandan sonra sərt və məhdudlaşdırıcı idərəçilik rejimi bərpa olunur. Sadəcə, rəhbərin adı dəyişə bilər. Ona görə Azərbaycanda demokratik dəyişikliklər haqqında dialoq inkişaf etdirilməli, yeni səviyyəyə qaldırılmalıdır. Populist dərddanışanların, komediantların siyasi təşəbbüsü ələ alması bilirsiniz kimi heç qayğılandırmır? Siyasi-iqtisadi strategiya kateqoriyaları ilə düşünmək vəzifəsini daşımayan əməliyyat təfəkkürlü hüquq-mühafizə çevrələrini. Onlar hiss edir ki, indiki sistem tezliklə dağılsa belə, zəif zəkalı bir demokratiyanın qısa vaxt ərzində iflası yeni quruluş yaradacaq və onların əl-qolu yenidən açılacaq. Məhz buna görə, REAL partiyasının hakimiyyətlə əsl və açıq siyasi dialoq inkişaf etdirmək cəhdləri bir çoxlarına sərf etmir. Son onilliklərdə ilk dəfədir ki, iqtidar-müxalifət ünsiyyəti hüquq-mühafizənin və onun populistlərinin dirijorluğundan kənarda addımlamağa çalışır. Dialoq cəhdimizi gözdən salmaqdan ötrü məhz buna görə bu qədər əmək xərclənir. Amma ünsiyyətimizin demokratik irəliləyiş üçün vacib olan müsbət nəticələri haqda hakimiyyətin xalqa yetərincə aydın danışmaması, üstəgəl bir sıra təsirli addımların gecikdirilməsi, prosesin maneələri aşmaq qabiliyyətini zəiflədir”.
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin