BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olaraq Qarabağ məsələsində qərəzsiz mövqe nümayiş etdirməlidir” - RƏY

“Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığI əməkdaşlığa müsbət təsir göstərəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib.

 

 

Parlament üzvü bildirib ki, telefon görüşü zamanı bir sıra vacib məqamlara toxunulub: "Vətən müharibəsi dövründə Fransa müəyyən qərəzli açıqlamaları ilə gündəmə gəlmişdi. Ötən gün baş tutan danışıq zamanı da hazırda Azərbaycan və ümumilikdə bölgə üçün vacib olan bir sıra mövzulara toxunulub. Azərbaycan-Ermənistan sərhədində davam edən gərginlik, post-müharibə dövründə bölgədə təhlükəsizliyin təmin edilməsi və s. Əlbəttə ki, bölgədəki gərginliyi aradan qaldırmaq üçün bir sıra dövlətlərin Ermənistana təzyiq göstərməsi vacibdir. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ümumilikdə regionun təhlükəsizliyinin təmin olunması deməkdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olaraq bu məsələdə qərəzsiz mövqe nümayiş etdirməlidir. Çünki Azərbaycan haqq işini davam etdirir və tezliklə sərhədlərin demarkasiya və delimitasiyası da öz həllini tapacaq. Ümid edirik ki, baş tutmuş telefon danışıqları təsirsiz ötüşməyəcək. Bu, həmçinin Azərbaycan və Fransa arasındakı ikitərəfli münasibətlərin yaxşılaşmasına da öz töhfəsini verəcək".

 

Qeyd: Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

Nəzrin Cavid

Tarix: 6 Avqust 2021, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin