BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirləri ortaya atanlar Qərb meyilli və ermənipərəst qüvvələrdir”

"Sosial şəbəkələrdə parlament seçkilərinin keçiriləcəyi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu daha çox Qərb meyilli və ermənipərəst qüvvələrin ortaya atdığı fikirdir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, həmin qüvvələrin məqsədi demokratiya pərdəsi altında Azərbaycana təzyiq göstərməkdir: “Azərbaycanda hakimiyyət bölgüsü ədalətli həyata keçirilib, hakimiyyətin bütün qolları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Möhtərəm Prezident İlham Əliyevin tapşırıqları uğurla həyata keçirilir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağa qayıdış proqramı üzrə işlər davam etdirilir. Sonuncu parlament seçkilərindən sonra da Milli Məclisdə xeyli işlər görülüb. Hesab edirəm ki, parlament həm 44 günlük Vətən müharibəsində, həm də pandemi dövründə öz missiyasını layiqincə yerinə yetirdi. Beləliklə, biz parlament diplomatiyasından uğurla istifadə edə bildik. Parlamentdə bir sira qərarların dəyişikliyini icra etdik. Çoxlu sayda iclas və dinləmələr həyata keçirildi. Bu cür şayiələrin yayılması ermənipərəst qüvvələrin istəyidir. Təbii ki, zərurət yarandığı halda bütün sahələrdə seçkilər həyata  keçiriləcək. Bizim əsas hədəfimiz Qarabağa dönüş proqramını həyata keçirmək, yenidənqurma işlərini tamamlamaq və pandemiya dövründə iqtisadiyyatımıza dəyən ziyanın aradan qaldırmaqdır. Bizi əsas hədəfimizdən heç kim yayındıra bilməz. Bu cür şayiələri ciddi qəbul etməyib, tirajlamamaq lazımdır".

 

Nəzrin Cavid

Tarix: 6 Avqust 2021, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin