BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan və Türkiyə bir-birinin yanında olduqda çətinliklərə qarşı uğurla mübarizə apara bilirlər” - RƏY

“Azərbaycan və Türkiyə bir-birinin yanında olduqda bütün çətinliklərə qarşı uğurla mübarizə apara bilirlər. Bu, həmçinin düşmənlərə verilən növbəti mesajdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutmuş telefon danışığı barədə fikirlərini bildirərkən deyib.

 

 

Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə qardaşlığı ümumilli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün "Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir" və "Bir millət, iki dövlət" şüarlarına əsaslanır, yəni, tarixi kökləri möhkəmdir: “Türkiyə Azərbaycanın ən çətin günlərində yanında olub, bütün dünyaya bəyan edib ki, "Can Azərbaycanımızın yanındayıq". Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür bəyənatları, ölkəmizə dəstəyi bizim 44 günlük Vətən müharibəsində qələbə qazanmağımızı sürətləndirib. Daha sonra Şuşaya səfər etməsi ilə də dünyaya bir daha bəyan edib ki, biz sözün əsl mənasında qardaş, bir millət, iki dövlətik. Son günlər Türkiyə yanğın fəlakəti ilə üzləşib, çətin dövrünü yaşayır. Vətəndaşların əmlakları yanır, onlar həlak olur və meşə sənayesinə ciddi ziyan dəyir. Hadisə barədə məlumat alan kimi Prezident İlham Əliyev dərhal cənab Ərdoğana zəng edərək, baş sağlığı verib və kədərimizi ifadə edib, eyni zamanda Türkiyənin yanında olacağımızı bildirib. Həmçinin müvafiq qurumun nümayəndələrinin dərhal qardaş ölkəyə göndərilməsi tapşırığını verib. Tapşırığa əsasən, 510 nəfər heyət, 1 helikopter və 1 amfibiya təyyarə təyinatı üzrə göndərilib. Hazırda bütün yanğınsöndürənlərimiz Türkiyədə fədakarlıq göstərir, əllərindən gələni edirlər. Prezident Ərdoğan da bu fədakarlıqla bağlı Azərbaycana təşəkkürünü ifadə edib. Yanğınların davam etməsi ilə bağlı Prezident İlham Əliyev bu gün bir daha Türkiyə Prezidenti ilə telefonla danışıb və başsağlığı verib. Narahatlığımızı bir daha ifadə edən Prezidentimiz meşə yanğınlarının söndürülməsi ilə əlaqədar əlavə 200 nəfərlik həyatın göndəriləcəyini bildirib. Bununla da, Azərbaycanın qardaş Türkiyəyə ezam olunmuş heyətinin sayı 710 nəfərə çatacaq".

Tarix: 6 Avqust 2021, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin