BURADA REKLAMINIZ OLA
BİLƏR

"Türkiyədə meşə yanğınlarının əksəriyyəti lokallaşdırılıb" - Ərdoğan

Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə - Antalya, Muğla, İsparta, Aydın və Denizlidə 12 yanğının söndürülməsi davam edir.

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib.

Onun sözlərinə görə, təkcə yanğınların söndürülməsində 56 helikopter cəlb edilib.

Ərdoğan qeyd edib ki, Ukrayna Türkiyəyə gecəgörmə cihazları olan beş helikopter göndərib. Helikopterlər gecə-gündüz rejimində meşələrin söndürülməsinə cəlb ediləcək.

Tarix: 6 Avqust 2021, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin