BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrupu Türkiyəyə çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

 

200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

 

Şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.

 

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

 

APA

Tarix: 7 Avqust 2021, 01:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin