BURADA REKLAMINIZ OLA
BİLƏR

Evlənənlərin çoxu niyə nikah müqaviləsi bağlamır? - VİDEO

Bu ilin ilk üç ayında 10 334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb

Son vaxtlar evlənən cütlüklərin çoxu nikah  müqaviləsi bağlamaqdan imtina edir.

Pravda.az-ın məlumatına görə, nikah pozulduqda və ya  evlilik dövründə  ər və arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş nikah müqaviləsi adlanır.

Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata görə,  2019-cu ildə 63 869 nikah qeydə alınsa da, onlardan yalnız 129-da nikah müqaviləsi, 2020-ci ildə 35 348 nikahdan 151-də nikah müqaviləsi, 2021-ci ilin ilk üç ayında isə 10 334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb.

Qeyd edək ki, gənclərin bir qismi müqavilənin məntiqli olduğunu düşünür, bəziləri isə riskli hesab edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib ki, bu müqavilə yalnız yazılı formada bağlanır və və notarial qaydada təsdiq olunur. Müqavilə bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz.

Rahil Süleymanzadə  çox az cütlük  arasında bu  müqavilənin bağlanmasını tərəflər arasında inamsızlığın olması ilə əlaqələndirib. Bundan əlavə, cütlüklər arasında sanki boşanmaq üçün evlənirəm kimi düşüncənin olduğunu qeyd edıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Tarix: 7 Avqust 2021, 07:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin