BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov əsgərlik şəkillərini paylaşdı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sovet ordusunda xidmət  zamanı çəkdirdiyi fotolarını paylaşıb.

 

Pravda.az-ın xəbərinə görə, səhifəsində o, Əfqanıstan, Sədərək, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini qeyd edib. “Müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir” yazılıb.

 

Siyavuş Novruzov 17 fevral 1969-cu ildə Naxçıvanda anadan olub. 1990-1995-ci illərdə BDU-nun Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

 

1987–1990-cı illər SSRİ ordusunda xidmət, Əfqanıstan döyüşlərində,1990-93-cü illərdə Qarabağ uğuruda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak edib. Qarabağ müharibəsi veteranıdır.azpost.info

Fotoları təqdim edirik
Tarix: 31 Yanvar 2020, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin