BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, həm Ermənistan, həm də ona stimul verən, havadarlıq edən dövlətlərə mesajdır ki...” - RƏY

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatlarının artması məsələsinə toxunulması göstərir ki, Rəcəb Tayyib Ərdoğan da məsələni nəzarətdə saxlayır. Bu, həm Ermənistan, həm də ona stimul verən, havadarlıq edən dövlətlərə mesajdır ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. İki dövlət yardımlaşmaq üçün bütün güclərini səfərbər etməyə hazırdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Deputat bildirib ki, Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycan qardaşlığını bir daha nümayiş etdirərək yardım göstərib, kömək əlini uzadıb: “Təəssüflər olsun ki, ötən ayın sonlarından başlayaraq Türkiyədə çox böyük ərazilərdə meşə yanğınları başlayıb. Yanğın barədə xəbər tutan kimi  Prezident İlham Əliyevin Türkiyə Prezidentinə zəng etməsi, 500 nəfərlik yardım göndərilməsi barədə tapşırıq verməsi Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm olmasından bir daha xəbər verir. Ötən gün Prezident İlham Əliyev cənab Ərdoğana zəng edərək növbəti dəfə başsağlığı verdi və bildirdi ki, əlavə 200 nəfərlik heyət də Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək üçün göndəriləcək. Nəticədə, Azərbaycandan Türkiyəyə göndərilən heyət 700-dən çox olacaq. Bundan başqa, amfibiya təyyarə, helikopter və nəqliyyat vasitələri daxil olmaqla ümumilikdə 100-ə yaxın texnika  qardaş Türkiyəyə göndərilib. Sosial mediadan görürük ki, Azərbaycan yanğınsöndürənləri canla-başla öz vəzifə borclarını yerinə yetirir, Türkiyəni Vətənimiz Azərbaycandan ayırmırlar. Eyni zamanda, avqustun 6-da söhbət zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən törədilən təxribatlar barədə də söhbət açılıb. Bu göstərir ki, qardaş Türkiyə yenə də hər zaman olduğu kimi bizim yanımızdadır və Prezident Rəcəb Tayyib Ərdoğan sərhəddə baş verənlərdən narahatdır. Bunun həm siyasi, həm də mənəvi tərəfləri var. Sübut olunur ki, istənilən təxribat zamanı iki qardaş dövlət bir-birinin yanındadır".

 

Nəzrin Cavid

Tarix: 7 Avqust 2021, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin