BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan və Türkiyə dostluğunun əbədiliyi və sarsılmazlığı hər gün özünü büruza verir” - RƏY

"Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya örnəkdir. Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün qardaş ölkəyə canlı qüvvə və xeyli sayda texnikanın göndərilməsi iki dövlətin dostluğunun növbəti təzahürüdür. Bu, həmçinin Ermənistan və onun bütün havadarlarına Azərbaycan-Türkiyə birliyinin daimi olduğuna dair mesajdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

 

Deputat bildirib ki, avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığı, söhbət zamanı toxunulan vacib mövzular iki dövlət arasındakı qardaşlıq bağların möhkəmliyindən xəbər verir: "44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olması, Azərbaycana mənəvi dəstəyi, demək olar ki, hər gün dövlətimizin lehinə bəyanatlar səsləndirənləri Azərbaycanın haqq işində onun yanında olmasını sübut edirdi. Bütün dünya görürdü ki, iki dövlət ayrılmaz və əbədi qardaşdırlar. Təəssüf ki, son günlər Türkiyədə meşə yanğınları tüğyan edir. Bu barədə xəbər tutan kimi Prezidnet İlham Əliyevin Türkiyə Prezidentinə zəng etməsi və Azərbaycan yanğınsöndürənlərinin bir qrupunun Türkiyəyə göndərilməsini, texnikalarla təminat Azərbaycanın da Türkiyənin yanında olduğuna bariz nümunədir. Ölkəmizdən qardaş Türkiyəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş ölkənin çətin günündə şərəflə işləyir və meşə yanğınlarının söndürülməsinə  töhfələrini verirlər. Türkiyə mediası da, demək olar ki, hər gün azərbaycanlıların fədakarlığından bəhs edir və onların iş fəaliyyətini alqışlayırlar. İki dövlət başçısının telefon danışığı zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən kədərimizi ifadə edərək baş verən yanğınlardan və böyük ölçüdə dəyən ziyanlardan təəssüfləndiyini bildirdi. Əlavə etdi ki, Azərbaycan hər zaman qardaş ölkənin yanındadır. "Bir millət, iki dövlət" şüarı bu gün bütün dünyaya örnək göstərilə bilər.  Azərbaycan və Türkiyə dostluğunun əbədiliyi və sarsılmazlığı hər gün özünü biruzə verir. Telefon danışığı zamanı Azərbaycan Prezindeti Türkiyəyə göndərilən həm canlı qüvvə, həm də texnikanın artırılması ilə bağlı təkliflərini verdi və söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində düşmən tərəfindən törədilən təxribatlardan danışıldı. Həmçinin Prezident İlham Əliyev ordunumuzun Ermənistana tutarlı cavab verməsi barədə də cənab Ərdoğana məlumat verdi. Türkiyənin belə qayğılı günlərində Ərdoğanın bu hadisələrlə də maraqlanması və Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha qeyd etməsi qardaşlığımızın ən bariz nümunələrindəndir. Həqiqətən də, bütün dünya iki dost dövlətin münasibətlərindən danışır. Təbii ki, iki liderin şəxsi münasibətinin möhkəmliyinin də əhəmiyyəti böyükdür".

 

Nəzrin Cavid

Tarix: 7 Avqust 2021, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin