BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə deməkdir” - RƏY

"Müharibədən çıxmış dövlət olaraq bu gün biz özümüz ərazilərimizin 20 faizində mina təhlükəsi içində, ölüm dirim savaşı aparırıq və partlayışların hər an genişmiqyaslı yanğınlara səbəb olma ehtimalı realdır. Habelə, anomal hava şəraiti ilə əlaqədar Azərbaycanın özündə də Talış dağları və Ağsu-Şamaxı istiqamətində meşə yanğınları müşahidə edirik. Üstəlik, iri şəhərlərimizdə yanğın təhlükəsi həmişə mövcuddur. Lakin bütün bunların fonunda ötən gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də Türkiyədəki fəlakət zonasına göndərilməsini təklif edərək heyətin sayının 710 nəfərə çatdırılacağını dedi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

Deputat bildirib ki, Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bəzi reallıqları bir daha ortaya çıxardı: "Azərbaycan Prezidenti fəlakətin ilk saatlarından ölkənin bütün aidiyyatı qüvvələrini səfərbər edib dar gündə qardaş dövlətin yanında yer aldı. Əlbəttə, sıradan bir dövr olsaydı, qardaşın qardaşa yardımında qeyri-adi nəsə axtarmağa dəyməzdi. Lakin müharibədən çıxmış dövlət olaraq bu gün biz özümüz ərazilərimizin 20 faizində mina təhlükəsi içində, ölüm dirim savaşı aparırıq və partlayışların hər an genişmiqyaslı yanğınlara səbəb olma ehtimalı realdır. Habelə, anomal hava şəraiti ilə əlaqədar Azərbaycanın özündə də Talış dağları və Ağsu-Şamaxı istiqamətində  meşə yanğınları müşahidə edirik. Üstəlik, iri şəhərlərimizdə yanğın təhlükəsi həmişə mövcuddur. Lakin, bütün bunların fonunda ötən gün prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də Türkiyədəki fəlakət zonasına göndərilməsini təklif edərək heyətin sayının 710 nəfərə çatdırılacağını dedi. Mövcud reallıq fonunda bu fədakarlıq nəinki, Azərbaycan xalqında narahatlıq yaratmadı, əksinə, Azərbaycan ictimaiyyəti bir nəfər kimi, "yanan meşələr deyil, ürəyimizdir" deyib qardaş acısına şərik oldu. Bu, hər şeydən öncə Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə deməkdir.

 

Bu o deməkdir ki, bizim üçün Muğla ilə Ağsu, Antaliya ilə Lerik, Adana ilə Şamaxı, Mersinlə Biləsuvar arasında yurd-yuva fərqi qalmayıb, hər qarışı bizimdir. Bu, Türk dünyasının birliyinin savaşdan keçdiyini düşünməklə, bütün dünyaya qalib gəldiyi halda, sonda öz-özünə məğlub olan Teymur, Qara Yusif, Şah İsmayıl, Təhmasib, Bəyazid, Səlim və Süleymanın arzulayıb edə bilmədiyini bacarmaqdır. Bir sözlə, bu, 2 ay öncə imzalanmış Şuşa Bəyannaməsinin kağız üzərindəki yazıdan həyatın reallığına çevrilməsidir. Ən nəhayətdə bu qardaşlıq öyküsü, Azərbaycanda burnun ucundan uzağı görə bilməyənlər bəziləri üçün həm də möhtəşəm bir dərsdir. "Azərbaycan kimi kiçik bir ölkədə amfibiya təyyarəsi və helikopterlər nəyə lazımdır, büdcəni dağıdırlar" deyib dil-boğaza qoymayanların şəxsi səhifələrini bu gün Türkiyə mediasında yayılan amfibiya təyyarəsi və helikopterlərimizin videoları bəzəyir..."

 

Nəzrin Cavid

Tarix: 7 Avqust 2021, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin