BURADA REKLAMINIZ OLA
BİLƏR

Polislərlə şübhəli şəxs arasında atışma olub, yaralanan var

 Fransanın Sent-Etyen şəhərində bir kişi polislərə atəş açıb.

 

Pravda.az xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası bildirib. Qeyd edilir ki, o, cavab atəşi ilə yaralanıb və saxlanılıb. Hadisə zamanı asayiş keşikçilərindən heç kim zərər çəkməyib.

 

Radiostansiyanın məlumatına görə, şənbə günü polis iki nəfərin qanunu pozması haqqında xəbər alıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə əyləşən təxminən 30 yaşlı iki kişini aşkarlayıblar. Onlardan biri dərhal saxlanılıb, amma o biri qaçmağa çalışıb.

 

Radiostansiya şahidlərə istinadən bildirib ki, kişi evlərdən birinin həyətində gizlənib. Onun ardınca polislər də həyətə gəliblər. Bunun ardınca atəş səsləri eşidilib. Kişi qarın və ayağından ciddi xəsarət alıb. Asayiş keşikçiləri onun əllərini qandallayıblar, sonra isə həkimləri çağırıblar.

 

Report

Tarix: 7 Avqust 2021, 23:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin