BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Oğlumla bağlı hər hansı təhlükə, narahatlıq yoxdur”

“Reaksiya TV”də çıxışım zamanı özümün, oğlumun təhlükəsizliyi ilə bağlı narahatlığımı bildirməmişəm. Doğrudur, Milli Məclisin sonuncu növbədənkənar iclasındakı çıxışımla əlaqədar (Eldəniz Səlimovla bağlı çıxışı nəzərdə tutur – red) ailəmdə ümumi, o cümlədən oğlumun taleyi ilə bağlı müəyyən narahatlıqlar vardı. Bəzi informasiya vasitələri öz təşəbbüsləri ilə Daxili İşlər Nazirliyinə müraciət ediblər. Nazirlik də müvafiq reaksiya verib. Belə bir təhlükə olsaydı, özüm mütləq müraciət edərdim. Bu məsələyə həssas yanaşdığına görə Daxili İşlər Nazirliyinə, nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevə təşəkkürümü bildirirəm.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, dövlətə güvənir: “Oğlumla bağlı hər hansı təhlükə, narahatlıq yoxdur. Bəzi informasiya vasitələrinin fikirlərimi təhrif olunmuş formada təqdim edərək Daxili İşlər Nazirliyinə müraciət etmələrinə təəssüflənirəm. Oğlumla bağlı hər hansı təhlükə olsaydı, mütləq müraciət edərdim. Bütün hallarda Daxili İşlər Nazirliyinin əməkdaşlarına göstərdikləri həssas münasibətə görə təşəkkürümü bildirirəm”.

 

Qeyd: DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır: “Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

 

Kənan Mirzəyev

Tarix: 8 Avqust 2021, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin