BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə evə çırpılıb, ölənlər var

ABŞ-ın Minnesota ştatının Viktoriya şəhərində birmühərrikli “Mooney M20” təyyarəsi boş qalmış evə çırpılıb.

Pravda.az xəbər verir ki, bu barədə Minnesotanın yerli CBS telekanalı bildirib. Məlumata görə, hadisə zamanı bir neçə nəfər həlak olub.

Qəza yerli vaxtla saat təxminən 17:40-da (Bakı vaxtı ilə saat 2:40-da-red) olub. Mülki Aviasiya Federal İdarəsinin məlumatına görə, təyyarə Aleksandriya (Virciniya ştatı-red) aeroportundan səmaya qalxıb və İden-Preri şəhərinin (Minnesota ştatı) hava limanına doğru uçurmuş.

Karver dairəsi şerifinin ofisindən hadisə yerində bir neçə nəfərin həlak olması haqqında informasiyanı təsdiqləyiblər, ancaq ölənlərin sayını açıqlamayıblar.

Hadisə ilə əlaqədar Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən araşdırmalara başlanılıb, ona Mülki Aviasiya Federal İdarəsi dəstək verir.

Report

Tarix: 8 Avqust 2021, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin