BURADA REKLAMINIZ OLA
BİLƏR

Boksçu silahlı hücumda şübhəli bilinərək saxlanıldı

Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və daha bir neçə nəfər Moskva sakinində külli miqdarda pulun olduğunu bilərək, qabaqcadan cinayət əməli planlaşdırmaqla ona hücum ediblər.

 

"Avqustun 4-də Stalevarov küçəsində bir neçə şəxs tapançaya oxşar predmetlə hədələyərək, kişinin 900 min rublunu qarət ediblər, bundan sonra hadisə yerindən qaçaraq gizləniblər. Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

 

Avqustun 5-də cinayətdə şübhəli bilinən 1995-ci il təvəllüdlü şübhəli şəxs cinayət axtarışının əməkdaşları tərəfindən saxlanılıb", - polisdən bildirilib.

 

"Kişiyə silahlı hücumda şübhəli bilinən boksçu Arutyun Avetisyan saxlanılıb", - mənbə TASS-a əlavə edb.

 

Xatırladaq ki, daha əvvəl Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum olunublar.

 

Report

Tarix: 8 Avqust 2021, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin