BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimlidən Eldəniz Səlimovla bağlı daha bir açıqlama: “Deyilənlər yalandır”

“Bəzi mətbuat orqanlarında barəmdə böhtan xarakterli məlumat yayılıb. Guya mən Milli Məclisin sonuncu növbədənkənar plenar iclasında Eldəniz Səlimovla bağlı çıxış etsəm də, qərarın lehinə səs vermişəm. Bu, yalandır, məni qəsdən gözdən salmağa cəhd edirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, etiraz əlaməti olaraq protokol qaydasında səsvermədə iştirak etməyib: “Media nümayəndələri bir məsələ ilə bağlı fikir bildirirlərsə, mütləq araşdırmalıdırlar. Yalan və böhtan yolverilməzdir”.

Tarix: 8 Avqust 2021, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin