BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.

Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.


Nəticədə avtomobildə olan hərbçilərdən biri ölüb, 4-ü orta dərəcəli xəsarət alıb.

Tarix: 8 Avqust 2021, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin