BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağda axmaq kimi sürünməyə məcbursan, bu, yaşamaq deyil”

 

"Burada yaşamaq üçün heç bir şərait yoxdur. Və hələ köçüb gedənləri qınayırsınız?! Düz edirlər, gedirlər!”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xankəndindəki qondarma erməni “meriya”sının  “Facebook” səhifəsində son günlər şəhərin içməli su təchizatında yaranmış ciddi problemlərə etirazını bildirən Xankəndi  sakini Svetlana Akopyan yazıb.

 

“Qarabağda axmaq kimi sürünməyə məcbursan, bu, yaşamaq deyil. Həmişə gah su, gah işıq, gah da qaz olmur. Və siz insanları belə bir şəraitdə burada  saxlamağa çalışırsınız?! Beləmi? " – S. Akopyan daha sonra deyir.

 

"Əvvəlcədən suyun kəsiləcəyi barədə xəbərdarlıq etməyin bir yolu yoxdur, yoxsa?! Bir saat ərzində buxarlandı su?! Orda nə edirsiniz?! Su kanalı idarəsinə zəng edib düşə bilmirəm. Yəqin ki, zəngləri cavablandırmamaq üçün dəstəyi yerə qoyublar. Bəlkə xalqı ələ salmağınız kifayətdir?! Hər yerdə bir “bardak” var! " – digər Xankəndi sakini Qoarina Xondkaryan da  separatçı-terrorçu erməni rəhbərliyinə etirazını rus dilində belə ifadə edib.

 

Xatırladaq ki, son günlər Xankəndində içməli su ilə bağlı ciddi problem yaranıb.  Qondarma “meriya”dan verilən məlumata görə, buna səbəb  kəskin istilər səbəbindən şəhəri su ilə təmin edən çayların  qurumasıdır.

 

Moderator.az

Tarix: 9 Avqust 2021, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin