BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Salyanda oğurluq edən şəxslər saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə axşam saatlarında Salyan şəhəri Heydər Əliyev prospektində yerləşən sosial obyektlərin birində qeydə alınıb.

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Salyan şəhər sakinləri - Babayev Elxan Ağasadıq oğlu və Hüseynov Ceyhun Əbülhəsən oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı Elxan Babayev və Ceyhun Hüseynovun qabaqcadan əlbir olaraq sosial obyektə girərək oradan 2 ədəd kreslo, istilik sisteminə qoşulan 2 ədəd qızdırıcı və digər məişət əşyalarını oğurladıqları məlum olub.

 

Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Oğurlanmış məişət əşyaları maddi sübut kimi götürülərək şöbəyə gətirilib. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 31 Yanvar 2020, 21:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin