BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Türkiyədəki yanğın bölgələrinə 1000 ton su paylayıb

Azərbaycan texnikaları və canlı qüvvəsi Türkiyədəki yanğın bölgələrinə 1000 ton su boşaldıb.

Pravda.az xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir:

"İndiyədək helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 ton su tökülüb. Amfibiya təyyarəsi ilə isə 76 uçuş əməliyyatı həyata keçirilib ki, bununla da yanğın ərazisinə 615 ton su boşaldılıb. Ümumi olaraq Azərbaycan aviasiya texnikaları vasitəsilə yanğın olan ərazilərə 1000 tona yaxın su boşaldılıb".


Tarix: 9 Avqust 2021, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin