BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Prezidentinin qarşımıza qoyduğu bütün tapşırıqları uğurla yerinə yetirəcəyik”

“Biz bu gün qardaşlarımızın yanındayıq, bütün ərazilərdəki yanğınlar sona çatana qədər də burda olacağıq”.

 

Pravda.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

Nazir müavini bildirib ki, bu günə kimi yanğınlar nəticəsində Türkiyədə 64.5 hektar meşə sahəsi məhv olub: "Yanğınların geniş əraziyə yayılmasının qarşısının alınması üçün Türkiyənin daxili işlər, energetika nazirləri ilə, deputatlarla görüşlər keçiririk. Bütün məsələləri onlarla birlikdə koordinasiya edirik. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulan bütün tapşırıqları uğurla yerinə yetirəcəyik və yanğınlar başa çatdıqdan sonra qürur hissi ilə Azərbaycana qayıdacağıq".

 

 

Tarix: 9 Avqust 2021, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin