BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın özünü binadan atdı

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən "Akkord" kompleksində qeydə alınıb.

 

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib.  İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 9 Avqust 2021, 21:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin