BURADA REKLAMINIZ OLA
BİLƏR

"Adam bunların qorxusundan aptekin yanında maşın saxlayıb, dərman ala bilməz" - Deputat

"Millət vəkili Fazil Mustafanın "BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?" fikirlərinə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev heç bir əndazəya sığmayan şəkildə cavab verib: Fazil Mustafanın Bakı Nəqliyyat Agentliyi barədə qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir. Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər." Mən inanmıram ki, kimsə bu qurumun fəaliyyətindən razı qalsın".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.

"Fərz edək ki, biri özünü pis hiss edir, qan təzyiqi yüksəlib. Adam bunların qorxusundan aptekin yanında maşın saxlayıb, dərman ala bilməz. Avtobusların hərəkətinə gəldikdə isə Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. 20 yanvar, Neftçilər metrosunun ətrafı, Sabunçu və Suraxanı rayonlarındakı acınacaqlı və xaotik vəziyyəti müşahidə etmək kifayətdir. Millət vəkilinə şəhərdə piyada gəzməyi tövsiyyə edən mətbuat katibinin özü bunu edibmi? Etsəydi vəziyyəti görərdi və belə kobud cavab verməzdi. İnsanların hərəkəti üçün səkilər yoxdur. Səkilərdə maşınlar park edirlər. Maşınların arasından keçmək mümkün olmadığından vətəndaş asfalta düşür və bunun nə qədər təhlükəli olduğunu yəqin ki, Mais Ağayev bilmir" - E.Əliyev bildirib.

Tarix: 10 Avqust 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin