BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda qadın relslərin üzərinə düşdü

Bu gün saat 12:51-də Bakı Metropoliteninin "Gənclik" stansiyasında bir qadın stansiya yoluna düşüb. 

Pravda.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, bu barədə məlumat verib. Gərginlik ayrılıb və sərnişin stansiya yolundan çıxarılıb. Yaşıl və qırmızı xətlərdə 10 dəqiqəyə yaxın yubanma olub, problem tezliklə aradan qaldırılacaq.

Tarix: 10 Avqust 2021, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin