BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: "Erməni silahlı birləşmələrinin Qarabağ ərazisində yerləşdirilməsinin qarşısı qətiyyətlə alınmalıdır"

"Azərbaycan hakimiyyəti və hakimiyyət yandaşları Qərbi Zəngəzur nağılları ilə xalqı yuxuya verməkdə ikən erməni silahlı qüvvələri Qarabağda möhkəmlənir".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.


A.Hacılı bildirib ki, son günlərdə Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa 12 Kamaz-5320 hərbi-nəqliyyat avtomobili, 3 Ural-4320 və 6 nəqliyyat avtomobilində hərbçilərin göndərilməsi barədə məlumaylar yayılıb: "Bütün bunlar Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin gözü qarşısında, himayəsi altında baş verir. Bu 10 noyabr tarixli üçtərəfli razılaşmanın 4-cü bəndinin kobud surətdə pozulması, nizamlanma prosesinin sülh yolu davam etməsinin qarşısını almaq istiqamətində növbəti addımdır. Azərbaycan hakimiyyəti və hələlik mövcudluğu bəlli olmayan Rusiya-Türkiyə Müşahidə Missiyası yayılan məlumatlara aydınlıq qətirməli, erməni silahlı birləşmələrinin Qarabağ ərazisində yerləşdirilməsinin qarşısı qətiyyətlə alınmalıdır.

Tarix: 10 Avqust 2021, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin