BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampın iqamətgahına soxulmaq istəyənlər tutuldu

ABŞ polisi Prezident Donald Trampın Mar-a-Laqo (Florida ştatı) şəhərətrafı iqamətgahının ərazisinə SUV avtomobili soxulmağa çalışan iki nəfəri saxlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə “CNN” Palm-Biç şəhər şerifinin idarəsinin əməkdaşlarına istinadən məlumat yayıb.

 

Məlumata görə, FTB əməkdaşları “Palm-Biç şəhərindəki Mar-a-Laqo yaxınlığında yerləşən iki nəzarət-buraxılış məntəqəsinə doğru hərəkət edən” qara bir SUV avtomobili təqib ediblər. Avtomobil iki keçid məntəqəsindən keçərək iqamətgahın əsas girişinə doğru gedib. Bundan sonra polislər qaçmağa çalışan avtomobili atəşə tutublar. Avtomobil aşkar olunub və iki nəfər qadın tutulub.

 

FTB-nin sözçüsü Ceyms Marşall “CNN”-ə bildirib ki, hüquq mühafizə orqanları insidentlə bağlı məlumatlandırılıblar.

 

Bildirilir ki, Donald Tramp və həyat yoldaşı Melaniya cümə günü günortadan sonra Mar-a-Laqoya gəlməli imiş.APA

Tarix: 1 Fevral 2020, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin