BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir deputat BNA-ya qarşı - "Nəqliyyat sisteminin təşkili çox aşağı və idarəolunmaz səviyyədədir"

"Ümumiyyətlə, bütün şəhər və rayonlarımızın, o cümlədən Bakı şəhərinin nəqliyyat sisteminin təşkili çox aşağı və idarəolunmaz səviyyədədir. Hesab edirəm ki, bu hal müvafiq qurumlar tərəfindən bilərəkdən edilir. Bakı qədim şəhərdir və özünə məxsus adətləri var, insanları spesifik xasiyyətə malikdirlər. Heç bir müasir şəhərsalma tələblərinə uyğun olan infrasrtuktura və yerləşməyə malik deyil. Bakıda bütün dükan və mağazalar yolun hərəkət hissəsindən 1-2 metr məsafədə yerləşir. Yolun 1 hərəkət zolağında, hətta təkər təmiri sexləri istifadə edirlər. Belə olan təqdirdə bütün şəhəri “dayanma-durma” nişanı ilə bəzəmək nə qədər düzgündür? Və yaxud tikilən çoxmərtəbəli binaların nə həyəti, nə həyətdə dayanacaq yerləri və nə də kifayət qədər yeraltı qarajı (ən yaxşı halda 10-15% bina sakininin qarajı ola bilər). Mən hesab edirəm ki, Bakı küçələrində (Parısdə, Romada və s. olduğu kimi) yolun hər 2 tərəfində, qanuna uyğun yolun hərəkət hissəsinə paralel saxlamaqla 1 cərgə dayanma yerləri olmalıdır".

Pravda.az-ın xəbərinə görə, bunu deputat İltizam Yusifov bildirib.


İ.Yusifov qeyd edib ki, yalnız xüsusui yerlərdə “dayanma~durma” olmalıdır: "Bütün meqapolislərdə olduğu kimi gecə saat 24:00 dan səhər saat 08:00-dək bütün küçələrdə pulsuz parklamaya icazə verilməlidir.
Yəni məqsəd məsələni həll etmək, vətəndaşlara şərait yaratmaq olmalıdır, daha cərimə(pul) yığmaq yox".

Tarix: 10 Avqust 2021, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin