BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: "İndi də torta daraşıblar"

"İndi də torta daraşıblar. Qardaşım, bacım, Suraxanı icra başçısı ehtiram göstərib şəhidin adına park salıb, xeyirli iş görüb, birincisi elə bundan başlayın da! İcra başçısını qaragüruh yenə də məsələnin fərqinə varmadan söymə sırasına düzülüb. Və ardınca məlum olur ki, tortun şəhidin şəkli ilə hazırlanmasını ailəsi istəyib. Nə dərəcədə dəqiqdir bilmirəm, ancaq səmimi niyyətlə bunu hansısa məmur şəhidə sayğısını düşünərək etmiş də ola bilər. Bəlkə də düşünüblər ki, onun ölməzliyini bu cür ifadə etsinlər".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Muatafa deyib.

"Doğrudur, yanlışdır, buraxın ailəsinin öz seçiminə. Gənc yaşlarında subay ölən övladını dəfn edərkən toy nisgilini xatırlatmaq üçün həyətdə musuqi çaldıran analara heç rast gəlmədinizmi? Yaxud da dəfnə yola salınan mərhuma dəyər vermək üçün alqışlayan insanları heçmi xatırlamırsınız? Bilirsinizmi ki, qəbir daşının üzərində şəkil həkk etdirmək İslamın təməl qaydalarına ziddir? Ancaq Azərbaycanda böyük əksəriyyətin məzar daşının üstünə mərhumun şəkli həkk olunur. İnsan cəmiyyətidir, səhvi ilə, düzü ilə elə mövzular var ki, gərək dərininə qabartmayasan. Bir özünütanımaz şəhid Xudayara lağlağı etmişdi, yaxınları cavabını sərt formada vermişdilər. Bunu insanlarımız anlayışla qarşıladı. Çünki Vətən şəhidini təhqir etmək olmaz. Yəni niyyətə görə əməli dəyərləndirmək lazım. Adam şəhidə sayğı niyyəti ilə bir iş görübsə, səhv olsa belə, üzərindən yumşaq keçmək doğru olmazmı? Vətənpərvərlik bu məmləkətdə ən yayğın iş yeridir, iş yeri. Adam hər gün sanki bu iş yerinə gəlir və düşünür ki, bu gün vətənpərvərliyimi necə göstərim. Vallahi, o tort məsələsi üç gün sonra unudulacaq, qalan şəhidin adına salınan parkdır, park. Xeyirli işləri qabardın, səhvləri də adamların niyyətinə görə dəyərləndirin. Allah şəhidimizin ruhunu şad etsin, bizim üçün qurban verdiyi canı görəcəyimiz xeyirli işlərlə canlı tutmağa çalışaq" - F.Mustafa qeyd edib.

Tarix: 10 Avqust 2021, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin