BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ vaksinasiya üçün Azərbaycana maliyyə dəstəyini artırır

Avropa Komissiyası tərəfdaş ölkələrdə koronavirusa qarşı peyvəndlənmənin dəstəklənməsi ilə bağlı Avropa İttifaqının səyləri çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələrində vaksinasiya kampaniyalarının sürətləndirilməsi məqsədilə yardım paketinin artırılmasını təsdiqləyib.

 

Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana təqdim olunan məbləğ 40 milyon avrodan 75 milyon avroyadək artırılıb.

 

Yeni yardım paketi vasitəsilə "Şərq tərəfdaşlığı" ölkələrinin vaksinlərə çıxış imkanlarının genişləndirilməsi, Aİ üzv ölkələri arasında vaksin mübadiləsinin asanlaşdırılması və vaksinlərin əldə olunması üçün xərclərin qarşılanması planlaşdırılır.

 

Trend

Tarix: 10 Avqust 2021, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin