BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə və Gürcüstan Prezidentləri telefonla danışdı

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti S.Zurabişvili özünün "Twitter" hesabında paylaşım edib.

 

"Gürcüstan Türkiyə ilə yaxın dost və qonşu ölkələrdir. Mən bu gün gördüyümüz faciəvi meşə yanğınları ilə əlaqədar Türkiyə xalqı ilə həmrəyliyimizi çatdırmaq üçün Prezident Ərdoğanla danışdım. Bu çətin vəziyyətin tezliklə sona çatacağına ümid edirəm", deyə Gürcüstan prezidenti qeyd edib.

Tarix: 10 Avqust 2021, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin