BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan vətəndaşları Çindən Türkiyəyə aparılır

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.

 

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.

 

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.

Tarix: 1 Fevral 2020, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin