BURADA REKLAMINIZ OLA
BİLƏR

NATO tarixində bir ilk

NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər.

 

Pravda.az xəbər verir ki, bu haqda məlumatı İspaniyanın “El Pais” qəzeti yayıb. Məlumata əsasən, NATO-nun gələn il Madriddə keçirilməsi gözlənilən zirvə görüşündə yeni Baş katib seçiləcək.

 

Qəzet yazır ki, hərbi alyansın tərkibində hazırki Baş katib Yens Stoltenberqi bir qadının əvəz etməsi ilə bağlı ümumi razılıq mövcuddur.

 

Yeni Baş katibin axtarışları ilə bağlı danışıqlar payızda başlayacaq. Lakin bununla belə hərbi alyansa üzv olan ölkələrdə namizədlərin adları çəkilməyə başlayır.

 

“El Pais”in versiyasına görə, alyansın Baş katibi vəzifəsinə namizədlər sırasında Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə keçmiş Xüsusi Nümayəndəsi Federika Moqerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç var.

 

Qeyd edək ki, Yens Stoltenberq 2014-cü ilin noyabrın 1-dən NATO-nun Baş katibi vəzifəsini icra edir.

Tarix: 11 Avqust 2021, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin