BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda sərnişin təyyarəsi zolaqdan çıxdı

“Iran Air” hava yollarına məxsus sərnişin təyyarəsi İranın Kirmanşah şəhərində eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, Tehrandan Kirmanşaha uçan “Airbus-319” təyyarəsinin eniş zamanı qəzaya uğramasının ehtimal edilən səbəbi ön təkərlərindəki problemləridir.

 

Hadisə yerli vaxtla saat 06:00-da baş verib. Ölən və yaralanan olmayıb.Report

Tarix: 1 Fevral 2020, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin