BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirməkdə acizdirsə, çəkilsin, özümüz həll edərik”

“Bildiyimiz kimi, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması tam təmin olunmalı idi. Ancaq məlumatlar yayılmaqdadır ki, Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşımağı, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qoyması halları müşahidə olunur… Elə isə Rusiya Federasiyasının bölgədə müvəqqəti yerləşmiş sülhməramlıları hara baxır?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

 

A.Şakiroğlu bildirib ki, 10 noyabr 2020-ci ildə tarixində məlum bəyanata imza atmış Azərbaycan və Ermənistan tərəf müqabili, iki döyüşən tərəf idi: “Məlum sənədə imza atmış 3-cü tərəf isə Rusiya Federasiyası idi. 3-cü tərəfin məlum bəyanata qoşulması səbəb isə bu bəyanatda əksini tapmış müddalara tamlıqla tərəflərin əməl etməsinə 3-cü tərəfin zəmanətverici rolunda yer alması səbəb olub. Bu məqsədlə də bölgəyə sülhməramlıların gəlməsinə Azərbaycan tərəfi razılıq verdi. Hazırda olanlar isə 10 noyabr bəyanatını böyük sual altına qoymuş olur. Ermənistan baş nazirinin “Ermənistan Zəngəzur dəhlizi ilə bağlı rəsmi öhdəlik götürməyib” bəyanatı, Azərbaycanın Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qoyması və Azərbaycan ərazilərində xidmət aparan sülhməramlıların cavabdeh olduqları digər ərazilərdə qanunsuz silahlı birləşmələrin tərksilah edilməməsi Rusiya Federasiyasının imzaladığı sənədin zəmanətçisi ola bilməməsi təəssüratı yaratmış olur. Məsələlərin bu istiqamətdə cərəyan etməsini nəzərə alaraq hesab edirəm ki, Rusiya Federasiyasının bölgədə götürülmüş öhdəliklərə nəzarət etmək üçün olan sülhməramlıları öz hərəkətsizliyi ilə işə yaramadıqlarını etiraf etmiş olur. Bu səbəbdən də işə yaramayan sülhməramlılar bölgədən çıxmalı və Azərbaycan tərəfi öz gücünə Ermənistanı götürdüyü öhdəlikləri icra etməyə nail olmalıdır. Görünən odur ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzasının arxasında durmaq iqtidarında deyildir… Elə isə Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirməkdə acizdirsə, çəkilsin, özümüz həll edərik!”

Tarix: 11 Avqust 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin