BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan və Gədəbəy istiqamətində gərginlik - Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub.

 

Pravda.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 11 Avqust 2021, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin