BURADA REKLAMINIZ OLA
BİLƏR

Suraxanıda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan və evlərdən oğurluq edən şəxslər tutuldu

Bakının Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar. Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyətində ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən oradan aşkar edilərək maddi sübüt kimi götürülüb.

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Göygöl sakini mal-qara otaran zaman minaya düşüb

"Yeni Klinika"nın həbsdə olan sabiq direktorunun məhkəməsi başlayıb, 3 nəfər məhkəmə zalında həbs edilib - VİDEO - YENİLƏNİB

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı fərdi yaşayış evlərindən qızıl-zinət və digər məişət əşyaları oğurlayan Şəhanə Nəbizadə saxlanılıb. Onun Hövsan və digər ərazilərdə evlərdən oğurluq etdiyi müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə ərazi polis orqanlarına məlumat verə bilərlər.

Tarix: 12 Avqust 2021, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin